Bakıda sürət həddi endirilən prospektlər – SİYAHI

Bu gün Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə hansı istiqamətlərdə sürət həddinin aşağı salındığı məlum olub.

Açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Heydər Əliyev prospekti (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) – Mərdəkan-Zuğulba və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib.

Dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi 110 km/saat müəyyən edilib. Həmçinin 100 km/saat olan zolaqlar üzrə sürət həddi 90, 80 km/saat olan zolaqda sürət həddi isə 70 km/saata endirilib.

Qeyd edək ki, indiyədək Heydər Əliyev prospektində sürət həddi 120 km/saat idi.

Share: