Bakıda tozlu hava neçə gün davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Millətin Səsi.az- a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, – baş mühəndis bildirib.

Share: