Bakıda yaşayış binasında yanğın

Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin zirzəmisində ev əşyaları 25 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

 

Yanğın söndürülüb.

Mənbə

Share: