Bakıda zəncirvari qəza – 3 maşın toqquşdu 

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

 

“KİA Optima”, “Nissan Kicks” və “BMW” markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alan şəxsin olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

 

Araşdırma aparılır.

Mənbə

Share: