Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu

Bakının Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə metronun “20 Yanvar” stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, KIA, “Mercedes-Benz” və “Opel” markalı avtomobillər toqquşub. Qəza nəticəsində KIA markalı avtomobilə daha çox ziyan dəyib. Digər avtomobillər isə qismən əzilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün qəzaya uğrayan avtomobillər ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.  

 

Mənbə

Share: