“Bakıdakı cavab oyunu asan olmayacaq”

 

“Bakıdakı cavab oyunu heç də asan olmayacaq”.

Milletinsesi.az xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Sonni Kittel “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

81-ci dəqiqədə meydana daxil olduqdan 10 dəqiqə sonra qələbə qolunun müəllifi olan almaniyalı yeni transfer buna görə çox sevincli olduğunu söyləyib:

“Bu nəticəyə, komandamın qələbəsinə kömək etdiyimə görə çox şadam. Ancaq bu, hələ ilk oyundur. Qarşıda bizi cavab görüşü gözləyir. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Məncə, Çenstoxovadakı görüşə bənzəyəcək. Nəticəni həll edən kiçik məqamlardır. Biz yüz faiz diqqətli oynamalıyıq. Bakıya qələbə üçün getməyimiz vacib olacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Mənbə

Share: