![](https://milletinsesi.az/wp-content/uploads/2019/05/5ce395215b734_su.jpg)
Bakıda bir neçə mikrorayona suyun verilişində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Milletinsesi.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.