Bakının bu hissəsində su olmayacaq

Bakının bu hissəsində 2 gün su olmayacaq.

Azərsu ASC-dən Milletinsesi.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 07 və 08 iyun 2019-cu il tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranan narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.

 

Share: