Bakının bu küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır – SİYAHI

Bu gün UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar Bakının 3 mərkəzi küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Bu barədə Milletinsesi.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, həmin gün paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlər və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılır:

“Bu səbəbdən paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur”.

Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda URFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda “Çelsi” ilə “Arsenal komandaları qarşılaşacaq.

Share: