“Barselona” Busgetsi icarəyə göndərir

“Barselona” gənc futbolçusu Oriol Busgetsi icarəyə verəcək.

Qol.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Kataloniya klubunun 21 yaşlı yarımmüdafiəçinin təcrübəsini artırmaq üçün digər La Liqa klublarından birinə göndərəcəyi bildirilib.

Qeyd edək ki, ispaniyalı futbolçu ötən ilin avqust ayından Niderlandın “Tvente” klubunda icarə əsasında çıxış edir. Onnun “Barselona” ilə müqaviləsi 2021-ci ilin iyununa qədərdir.

Share: