“Barselona”da prezident seçkilərinin vaxtı açıqlandı

“Barselona” klubunda prezident seçkilərinin vaxtı müəyyənləşib.

Milletinsesi.az “Marca” nəşrinə istinadən xəbər verir ki, seçkilər 2021-ci il 24 yanvarda gerçəkləşəcək.

Hazırda “Barselona”da prezidentliyə 7 namizəd var. Bunlar Xavi Vilaxoana, Viktor Font, Toni Freyşa, Jordi Farre, Aqusti Benedito, Pere Riera və Luis Fernandes Aladır.

Qeyd edək ki, “Barselona”da ötən ay klubun prezidenti Xosep Bartomeu istefa vermişdi. Hazırda bu vəzifəni müvəqqəti olaraq Karles Tuskets icra edir.

Share: