“Barselona”dan Kuman açıqlaması

“Barselona” baş məşqçisi Ronald Kumanı istefaya göndərməyi düşünmür.

Qol.az “AS”a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun müvəqqəti prezidenti Karles Tuskets komandada məşqçilər heyətinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı sualına qısa cavabında bildirib:

“Kuman” qalır”.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda  evdə “Yuventus”a 0:3 hesabı ilə uduzub və qrup ikincisi olub.

Share: