“Barselona”nın gözü “Sevilya”nın futbolçusunda

“Barselona” “Sevilya”nın futbolçusu Brian Gili heyətinə qatmaq istəyir.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klubun yeni prezidenti Joan Laporta 20 yaşlı hücumçunu komandasında görmək istəyir. Buna görə də Kataloniya təmsilçisi ispaniyalı oyunçunu bu yay transfer pəncərəsində almağı planlaşdırır. “Barselona” futbolçu üçün 15 milyon avro xərcləməli olacaq.

Qeyd edək ki, Gil bu mövsümü icarə əsasında “Eybar”da keçirib. O, 20 matça çıxaraq, 3 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Share: