Misir ərəb ölkələrinin vətəndaşlarına viza tələbi qoydu

Misir bütün ərəb ölkələrinin vətəndaşlarına viza tətbiq etməyə başlayıb.

Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mahmud Tevfik fərman imzalayıb.

Fərmana əsasən, ərəb ölkələrinin vətəndaşlarından viza ödənişləri alınacaq. Misirlə ikitərəfli və ya regional ikitərəfli vizasız keçid müqaviləsi olan ölkələr bu qərardan azad ediləcək.

Qeyd edək ki, Misir ilk də Körfəz böhranından sonra- 2017-ci ildən Qətər vətəndaşlarından viza tələb edib.

Share: