Azərbaycan Baş Prokurorluğu Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Seyran Ohanyannın axtarışa verilməsi xəbərinə münasibət bildirib.
Qurumun Mətbuat xidmətindən Milletinsesi.az-a bildirilib ki, həmin cinayət işi Hərbi Prokurorluqda istintaq edilir.
Qeyd edək ki, Hərbi Prokurorluqda Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb.