ABŞ heç vaxt kommunist ölkəsinə çevrilməyəcək.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Müstəqillik Günü münasibətilə Cənubi Dakotadakı Raşmor dağında çıxışı zamanı deyib.
O bildirib:
“Siz Karl Marksa sadiq qala bilərsiniz, ya da Amerikaya sadiq qala bilərsiniz. Siz kommunist ola bilərsiniz, ya da vətənpərvər ola bilərsiniz, hər ikisi ola bilməzsiniz.”
Trampın sözlərinə görə, ABŞ-da, o cümlədən ölkəyə “yeni gələnlər”dən “kommunist təhlükəsinin yenidən canlanması” müşahidə olunur.


