Basketbolçularımız ilk dəfə Avropa çempionatında

Basketbolçularımız ilk dəfə Avropa çempionatında

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu, Azərbaycanın qadın basketbolu tarixində ilkdir.

 

Yığma FİBA-nın bayrağı altında təşkil olunan qitə birinciliyinin seçmə mərhələsində mübarizə aparacaq.

 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil.

Mənbə

Share: