BAXCP  Əbülfəz Elçibəyin məzarını ziyarət edəcək

 

Avqustun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və BAXCP rəhbərliyinə daxil olan şəxslər Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı məzarını ziyarət edəcəklər.

Bununla bağlı Milletinsesi.az-a açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, BAXCP lideri Qüdrət Həsənquliyev hər il Elçibəyin həm vəfatı günü, həm də doğum günü məzarını ziyarət edir:”Əbülfəz Elçibəyin abidəsi önünə BAXCP adından əklil qoyulur, ruhuna dualar oxunur. Sabah da Elçibəyin məzarı ziyarət olunacaq.”

Mənbə

Share: