baxın, görün, necə də gözəl görünür!..

“O, 12 yaşında 130 kq, 21 yaşında isə 300 kq çəkiyə malik olub…”

 

“Kristinanın həyat yoldaşı belə metamorfozanı dəyərləndirə bilməyib və boşanmaq qərarına gəlib…”

 

“Kristina həyatını yaxşılığa doğru dəyişmək istəyənlər üçün ən gözəl nümunədır…”

 

Amerikalı qadına bunun üçün beş il lazım olub…

 

Kristina Fillips uşaqlıqdan artıq çəkidən əziyyət çəkib. Bütün narahatlıqları və stresləri qız zərərli yeməklə qarşılayıb, oturaq həyat tərzi isə onun arıqlamasına imkan verməyib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Kinoafişa” nəşri yazıb.

 

Nəticədə o, 12 yaşında 130 kq, 21 yaşında isə 300 kq çəkiyə malik olub.

 

Kristinanın çəkisini artırmağa həyat yoldaşı da yardımçı olub. O, müntəzəm olaraq onu yeməyə məcbur edib, sevimli hamburgerlərini və qazlı suyu təkıif edib.

 

Lakin amerikalı qadın bir dəfə anlayıb ki, kənar yardım olmadan divandan ayağa qalxa bilmir, ona görə də yerli TV-şouların birinə müraciət edərək yardım almağa ümid edib.

 

Ekspertlər və aparıcılar Kristinanı darda qoymayıb və onun üçün xüsusi pəhriz və məşqlər seriyasını işləyib hazırlayıb.

 

Bir neçə il ərzində o, çəkidən xilas olub, bir neçə əməliyyat keçirib. Nəticədə o, 238 kq çəki itirərək, tamamilə başqa adama çevrilib.

 

Belə metamorfozanı Kristinanın əri dəyərləndirə bilməyib və boşanmaq qərarına gəlib. 

 

O, həyat yoldaşının arıqlaması və dəyişməsini qəbul etməyib. 

 

Boşanmadan sonra Kristina öz həyatını yenidən qurmağa başlayıb, zamanla Şeyn adlı cavan oğlana rast gəlib və onunla ailə həyatı qurub.

 

Bu gün realiti-şou ulduzu adi ailə həyatı yaşayır və Şeynlə birgə körpəsini böyüdür.

 

Sosial şəbəkələrdə o, daima arıqlamaq uğurları ilə bölüşür, onun pərəstişkarları isə ona komplimentlər söyləyir. 

 

Onlar belə hesab edir ki, Kristina həyatını yaxşılığa doğru dəyişmək istəyənlər üçün ən gözəl nümunədir.

Mənbə

Share: