Bayden fevralda Mərkəzi Avropaya səfər edəcək

ABŞ prezidenti Co Bayden fevralda Mərkəzi Avropaya səfər edə bilər.

Modern.az xəbər verir ki, bunu Polşa prezident Anjey Duda Vilnüsdə jurnalistlərə bildirib.

Dudanın çıxışı Polşa televiziyası tərəfindən yayımlanıb.

“Biz cənab prezident Baydenin səfərini səbirsizliklə gözləyirik. Prezident Co Bayden çox güman ki, fevralda Avropanın bizim hissəsinə gedəcək”, – Duda bildirib.

Eyni zamanda o, Baydenin konkret hansı ölkələrə səfər edəcəyini bilmədiyini bildirib.

“Vurğulamaq istəyirəm ki, “Avropanın bizim hissəsi” dedikdə Mərkəzi Avropa nəzərdə tutulur. Hesab edirəm ki, “Avropanın bizim hissəs”i Rumıniyadan Estoniyaya qədər olan ərazidir. Bu baxımdan, cənab Prezident, konkret olaraq harada olacaq, hazırda cavab vermək bizim üçün çətindi. Ola bilsin ki, yaxın günlərdə bu məlumatı əldə edək”, – Duda deyib.

Mənbə

Share: