Bayden işgüzar səfəri zamanı pəncərədən uşaqlara baxıb

 

ABŞ Prezidenti Cozef Bayden Şimali Amerikanın şərq sahillərindəki Nantaket adasına işgüzar səfəri zamanı uşaqların pəncərəsinə baxıb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Təəccüblənən uşaqlar Ağ Evin rəhbərini pəncərələrində gördükdən sonra birlikdə selfi çəkdiriblər.

Prezident həmçinin mağazanın vitrininə yaxınlaşıb və bir neçə foto üçün gülümsəyib.

Bundan sonra sosial şəbəkədə ABŞ-ın 46-cı Prezidentinin olduğu şəkillər yayımlanıb.

Mənbə

Share: