BDU-nun daha iki fakültəsində tələbəyönlü tədrisin təşkilinə dair təlim keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin əməkdaşları üçün təlim təşkil olunub.

 

Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.

 

Təlimdə fakültələrin akademik, inzibati və tədris köməkçi heyəti iştirak edib. Təlimçi kimi rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxış edib. Təlimdə tələbəyönlü və kompetensiya əsaslı tədrisin təşkilinə dair iştirakçılara geniş məlumat verilib. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, BDU-nun digər 12 fakültəsinin akademik, inzibati və tədris köməkçi heyəti də silsilə təlimlərə cəlb olunublar.  

Mənbə

Share: