Belarus məhkəməsi Tixanovskayaya 15 il həbs verdi

Belarus məhkəməsi xaricdə yaşayan müxalifət lideri Svetlana Tixanovskaya haqqında hökm çıxarıb.

 

Modern.az xəbər verir ki, Minsk məhkəməsi Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskayanı qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.

 

Tixanovskaya və onun 4 komanda yoldaşına qarşı hakimiyyəti zorla ələ keçirməyə cəhd, dövlətə xəyanət də daxil olmaqla, 10-dan çox ittiham irəli sürülüb.

 

Qeyd edək ki, Belarus prezidentliyinə keçmiş namizəd ölkədə seçki saxtakarlığına etiraz məqsədilə başlayan aksiyaların iğtişaşa çevrilməsindən Litvaya getmişdi.

Mənbə

Share: