![Belarus yeni raket sistemlərini təqdim etdi](https://milletinsesi.az/wp-content/uploads/;https://cdn.axar.az/2019/05/15/bukmb3k1.jpg)
Belarus yeni orta mənzilli zenit raket kompleksi yaradıb.
Milletinsesi.az xəbər verir ki, bu məlumat MİLEX-2019 sərgisinin rəsmi saytında yerləşdirilib. Yeni raketin Buk-MB3K olduğu bildirilib.
Buk-MB3K-nın kəşfiyyat, atəş və manevr imkanlarına görə digər orta mənzilli raketlərdən geri qalmadığı vurğulanıb. Məlumata görə, bu sistem istənilən cür manevr edən aerodinamik hədəfləri ələ keçirmək gücündədir.