Məşhur britaniyalı rəssam Benksinin ölkəsinin parlamentini əks etdirən satiralı rəsmi 12 milyon dollara satıldı.
TASS xəbər verir ki, cəmi 13 dəqiqə davam edən hərracda şəklə dəyərindən 5 dəfə artıq qiymət verilib.
Strit-art nümayəndəsinin sənət əsərində Britaniya parlamentinin iclası əks olunub. Lakin burada insan deputatlar əvəzinə meymunlar təsvir edilib.
Qrafiti sənətkarı Benksi yaradıcılığında “Brexit” kompaniyasını şübhə altına qoyur.