Meymun almasının möcüzəvi sirri

Meymun alması (digər adlar – Adəm alması, maklyura) adlanan yaşıl, yumru meyvələr Bakıda və rayonlarda parklarda rast gəlinir.

Bu ağac Azərbaycana Avropadan gətirilib. Ağacın özü oksigen hasil etməsinə görə ən faydalı ağacdır. Amma meyvəsi yeyilmir. Elə yeyiımədiyi üçün də payızda yetişib düşür, torpaqda çürüyür.

Lakin çox az insan var ki, hər il payızda meymun almasının yetişməsini gözləyir. Çünki məhz bu meyvə onun ağrılarının dərmanıdır.

Medicina.az möcüvəzi meyvənin orqanizmə hansı xəstəliklərdə faydalı olduğunu təqdim edir.

Meymun almasının spirtdə cövhəri revmatizm, sümük, əzələ, oynaq, radikulit, diz, bel ağrılarında xaricə istifadə olunur.
Eləcə də dəri xəstəlikləri – dermatit, ekzema, dəridə xora və yaralarda yenə də dəriyə xaricən tətbiq olunur.

Cövhərin hazırlanması

Ağrıları və dəri xəstəliklərini müalicə edən cövhərin hazırlanması üçün sizə 2-3 ədəd meymun alması kifayətdir.

Meyvəni kub kimi doğrayıb, ətçəkən maşınından keçirirsiz. Bankaya yığıb, üzərinə çıxana qədər tibbi spirti əlavə edirsiz.

Qapağını bağlayıb, qaranlıq, sərin yerdə 10 gün saxlanılır. 10 gündən sonra çövhəri süzün.

Həftədə 2-3 dəfə ağrıyan yerə çəkirsiz və üzərindən isti bağlayırsız. Çalışın dərini yandırmayasız. Dəri xəstəliklərində isə sadəcə lazımi nahiyəyə çəkilir, yuyulmur.

Mazın hazırlanması

Meymun alması əzilir, kərə yağı ilə lay -lay bir şüşə qaba yığılır.

15 gün isti yerdə saxlanılır. Sonra qarışdırılıb və ya blenderdən keçirilib maz halına gətirilir.

Əzələ və oynaq ağrıları, artroz, artrit, revmatizmdə çəkilir.

Share: