Beqoviç Azərbaycan çempionu oldu

Bosniyalı qapıçı Asmir Beqoviç Azərbaycan çempionu olub.

Qol.az-ın xəbərinə görə, 2019/20 mövsümünün birinci dövrəsini “Qarabağ”da keçirən təcrübəli qolkiper Premyer Liqamızda 10 oyunda meydana çıxıb. Bu o deməkdir ki, yarışların əsasnaməsinə görə, Beqoviç də Ağdam klubunun oyunçusu kimi Azərbaycan çempionatının qızıl medalına layiq görülür.

Xatırladaq ki, Asmir Beqoviç 2019-cu ilin sentyabrında 4 aylıq icarə qaydasında “Qarabağ”a gəlib. Dekabrda isə o, komandanı tərk edib. Müqavilə ilə “Bornmunt”a (İngiltərə) məxsus olan Asmir yanvarda  “Milan”a (icarə qaydasında) keçib.

Bundan başqa mövsümün birinci dövrəsini “Qarabağ”da keçirən, qışda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Baniyas” klubuna transfer edilən Riçard Almeyda da növbəti dəfə Azərbaycan çempionu olub.

Share: