Berluskoninin halı pisləşdi – Xəstəxanaya yerləşdirildi

Berluskoninin halı pisləşdi – Xəstəxanaya yerləşdirildi

İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin səhhəti yenidən pisləşib.

 

Modern.az “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, o, Milanda San Raffaele klinikasına yerləşdirilib.

 

Siyasətçi kompüter tomoqrafiyasından keçib Digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.

 

Qeyd edək ki, ötən ay da Berluskoninin vəziyyəti ağırlaşmışdı. O, sonuncu dəfə martın 28-də xəstəxanada müalicə almışdı.

Mənbə

Share: