“Bermud üçbucağı”nda kimsəsiz “Kabus gəmi” aşkarlandı – FOTO + VİDEO

Atlantik okeanında  “Bermud üçbucağı”nda Okean Kəşfiyyat Layihəsinin iki dənizçisi göyərtəsində insanların olmadığı “kabus gəmi” aşkarlayıblar.

Onlar yaxtanın yelkəninin aşağı düşdüyünü, motorunun işləmədiyini və gəmidə həyat əlamətinin olmadığını müşahidə ediblər. Gəmidə zərərçəkən ola biləcəyindən narahat olan tədqiqatçılar göyərtəyə çıxmaq qərarına gəliblər.

Komanda üzvlərindən biri Mett Ruterford baş verənləri lentə alıb.

“Bu, “Woolfhound” adlı tərk edilmiş yelkənli qayıqdır. İçəridə nə olduğunu bilmirəm. İndi gedib baxacağam və ümid edirəm ki, meyit və ya buna bənzər bir şey tapmayacağam”, – deyə o bildirir.

Qayığa minən Ruterford əvvəlcə qapıları və şkafları açmağa qorxur, ancaq sonra ətrafı yoxladıqdan sonra deyir:

“Şükür ki, ölən yoxdur. Bu, tam dəlilikdir. Bermudadan 1,2 min kilometr məsafədə, ABŞ-dan 2,4 min kilometr aralıda, okeanın tən ortasındayıq”, – deyə o bildirib.

Dənizçilər yaxtanı sahilə çəkməyə qərar verirlər.

“Gülməlidir, 14 metrlik və 12 metrlik yaxta. Biz onu Bermuda çatdırmağa çalışacağıq”, – deyə tədqiqatçı bildirir. Dənizdə 47 gün qaldıqdan sonra yaxtaçıların yanacağı tükənməyə başlamışdı, lakin onlar qarşıdan gələn yük gəmisinin ekipajından yanacaq istədilər. Ruzerford və dostu sirli yaxtanı yedəkləməyə davam edirlər, lakin bir müddət sonra trosu kəsmək məcburiyyətində qalırlar. Onların sözlərinə görə tros öz yaxtalarının sükanına ilişərək onu qırılma təhlükəsi ilə üz-üzə qoyub. Beləliklə “kabus gəmi” yenidən okeanın ortasında dreyfə məhkum olub.

Tədqiqatçılar videonu paylaşdıqdan sonra kardlar sosial şəbəkədə böyük maraqla qarşılanıb. Bəzi istifadəçilər sirli yaxtanın İrlandiya Kral Yaxta Klubunun kapitanı Alan Makqettiqana məxsus ola biləcəyini deyiblər. Belə ki, yaxta Okean Tədqiqat Layihəsi dənizçiləri tərəfindən kəşf edilməsindən doqquz həftə əvvəl fırtına zamanı ciddi zədələnir. Makqettin fövqəladə mayakı işə salır, bundan sonra kapitan və ekipajı Bermudun 103 km şimalından keçən Yunanıstana məxsus yük gəmisi tərəfindən xilas edilib. Xilas edilən dənizçilər kateri okeanda tərk etməli olublar.

Mənbə: Lenta.ru

Mənbə

Share: