Beyləqanda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər ölüb

Beyləqan rayonunun Əhmədli kəndi ərazisində Bakı şəhər sakini Qafar Seyidəliyev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, nəticədə Q.Seyidəliyev və həyat yoldaşı Güləndam xəstəxanaya aparılarkən yolda ölüb, avtomobildə olan 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Share: