Fransanın bir çox ərazisində koronavirus sürətlə yayılır

Fransada COVID-19 koronavirusa yoluxanların sayı 2 876-ya çatıb.

Martın 12-ə olan məlumata əsasən 24 saat ərzində yoluxanların sayı 600 nəfər artıb və onlardan 129-u reanimasiya şöbəsinə yerləşdirilib. Koronavirusdan 61 ölüm halı qeydə alınıb.

Ölkənin bir çox ərazilərində virusun sürətlə yayıldığı bildirilib. Səhiyyə naziri virusun yayılmasının qarşısını almaq üçün sadə qaydalara riayət edilməsinin əhəmiyyətinə toxunub.

Xəstəxanalarda təcili olmayan cərrahiyyə əməliyyatlarının təxirə salmağa və beləliklə reanimasiya şöbələrində daha çox boş çarpayılar olmasını təmin etməyə çağırıb. (AZƏRTAC)

Share: