Beyləqanda maşın aşıb, ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, yanvarın 3-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Şahin Cəfərov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Share: