Beyl “Qalatasaray”la oyunu buraxa bilər

“Real”ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda   “Qalatasaray”a qarşı keçirəcəkləri səfər oyununu buraxa bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb uelsli yarımmüdafiəçinin Avropa Çempionatının seçmə mərhələsinə Xorvatiya ilə matç zamanı zədələnməsidir. La Liqada “Malyarko” ilə görüşdə  iştirak etməyəcəyi dəqiqləşən Beylin İstanbul klubu ilə oyuna kimi də hazır olmayacağı gözlənilir.

Qeyd edək ki, “Qalatasaray” – “Real” qarşılaşması oktyabr 22-i Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Share: