Biləsuvar Rayon Polis Şöbəsinə dekabrın 9-da Yuxarı Cürəli kəndi ərazisində rayon sakini M.Abbasovun qol nahiyəsinə kəsici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Millətin Səsi.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla rayon elektrik şəbəkəsinin işçisi olan M.Abbasovun kənd sakini Ə.Rufullayevin elektrik sayğacına baxış keçirmək istəyərkən onun xuliqanlıq zəminində M.Abbasova xəsarət yetirməsi müəyyənləşib. Ə.Rufullayev görülən tədbirlərlə saxlanılıb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb.