“Kamaz”la “Mercedes” toqquşdu- ölən var

Hacıqabul rayonu ərazisində “КамАЗ” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

Millətin Səsi.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, h adisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “КамАЗ” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Share: