“Bir sıra xəstələrin Ramazan ayında şəfa tapdıqları aydın olub…”

“Ramazan ayında siqareti tərk etməyə təşəbbüs edən və müvəffəq olanlar çoxdur…”

 

 

ORUC VƏ SAĞLAMLIQ…

 

Orucla əlaqəli elmi işlər…

 

Bir çox elmi işlər qandakı yağların, xolestirolun səviyyəsinin oruc tutmaqla düşdüyünü göstərmişdir( Roky R. və dostları, sağlamlıq və Ramazan ilə əlaqəli ikinci millətlərarası konqres kitabı, 1997, s:87). Orucla qəlb ağrısı (angina) və hiper təzyiqin düşdüyü məruzə edilmişdir. İftarda və səhurda bol miqdarda yağlı və şirin qida qəbul edənlərdə, yağın qandakı səviyyəsinin artması normal nəticədir. İslami orucda qidalanma pozğunluğu olmur və ya orqanizmə heç bir fəsad törətmir. (Shahid ATHAR M.D: Dept. Of Medicine and Endocrinology, St. Vincent Hospital. Indiana Universty, Indianapolis, Indiana U.S.A – //www.al-muslim.org-ramadan-health.html) Ramazan ayında tutulan oruc insulindən asılı olmayan şəkər xəstəliyinin, köklüyün və təzyiqin stabil (sabit qərarlı) zərərsiz hala gəlməsi üçün ideal bir sağlamlıq tövsiyəsi ola bilər. 1994- cü idə Mərakeşin Kasablanka şəhərində keçirilmiş “Sağlamlıq və Ramazan” adlı  elmi konqresdə müsəlman və qeyri müsəlman, dünyanın hər tərəfindən gələn tədqiqatçılar 50-yə qədər tədqiqatı təqdim etdilər. Orucun hər hansı bir xəstəni və ya tibbi vəziyyəti daha ağır vəziyyətə gətirən hər hansı təbliğ edən nəşr olmadı. (“Sağlamlıq və Ramazan” Birinci Millətlərarası Konqress, Kasablanka, 1994) . Həssas bağırsaq sindromu, qəbizliyi olanlardan oruc tutanların bir qisminin, Ramazan ayında şəfa tapdıqları aydın olmuşdur.( Afifi Z E M : Daily Practies, Study performance and health during the ramadan fast. J of Royal Society for health, 117(4):231-5. 1997) Ramazanda gün keçdikcə oruc tutanların acmaq hissinə alışdıqları müşahidə olunmuşdur( Finch G M, et al : Appetite Changes under free- living conditions during Ramadan Fating. Apeetite,31 (2) :159-70,1998). 

 

İnsan Ramazan ayında oruc tutarkən səhurda və iftarda yediyi qidalardan asılı olaraq çəki eyniylə saxlana bilər, çəki artar və ya azala da bilər. Bununla da, Ramazanda oruclu ikən, iftarda və səhurda qəbul edilən qidaların, oruc tutan şəxslərin enerji ehtiyaclarına artıqlaması ilə yetərli olduğu sübuta yetirilməkdədir. Ramazan ayında alkoqollu içki içən insanların çox az hissəsi oruc tutur (37%). Tədqiqatçılar tədqiqatların nəticəsi olaraq içkini tərk etməkdə inancların vacib rolu olduğunu  vurğulamışlar. Dini inancların insanları zərərli alışqanlıqlarını tərk etməyində və bu alışqanlıqlardan qorumağında önəmli rolu vardır. Qurani Kərimdə buyurulmuşdur:  “Onun məğfirətini istə, şübhə yox ki, Allah tövbələri qəbul edən, günahları əfv edəndir…”

 

Siqaret — Səbir…

 

Siqareti tərk etməkdə ən əsas faktor şəxsin iradəsinin gücüdür. İnsanın nəfsinə və iradəsinə ən çox hakim olduğu zaman Ramazan ayıdır. “Aylarca necə səbr edəcəyəm?” deyib mövcud olan səbrinizi başqa zamanlara sərf etməyin. Səbrdə sadəcə yaşadığınız günü, hətta yaşadığınız o saatı düşünün. Yəni: “Mən bu an siqaret çəkmədən səbr edə bilərəmmi?” deyə özünüzdən soruşun. Ramazan ayında siqareti tərk etməyə təşəbbüs edən və müvəffəq olanlar çoxdur. ( Afifi Z E M : J of roya .society for Health :117 -4- 231-5, 1997 )

 

Oruc tutanlarda görünən fizioloji dəyişikliklər…

 

Oruc tutmağın tənəffüs fəaliyyətində hər hansı vacib dəyişikliyə yol açmadığı anlaşılmışdır( Duncan M T et al: ventilatory function in Malay Muslims during normal activity and the Ramadan fast. Singapore Med J,31 (6) :543-7.1990- Ghamdi B, Nwoye L O: Effects of Ramadan fasting on respiratory test in normal voluntees. Proceedings of the Second Interntional Congers on “ Health and Ramadan”, İstanbul ,1997, p.67 ). Oruc tutmaq hafizə, dərk etmə, qavrama ilə əlaqəli fəaliyyətlərə zərər vermir (Roky R, et al :Ann of nutr and metab, 44 -3- :101-7, 2000 – Haouari M , Health and Ramadan, 1997,p.65)… 

 

Suriyada aparılmış bir tədqiqatda oruc tutanlarda mexaniki səbəblərdən irəli gələn bel ağrıları  olan bir çox xəstələrin səhhətinin düzəlməsində orucun faydalı təsirləri görünmüşdür. İltihabi səbəblərlə bel ağrısı olan xəstələrdə bu yaxşılaşma daha aşkar idi (Karadan A N , “ Health and Ramadan”, İstanbul ,1997, p.66).

 

Ramazan ayında tutulan orucun qandakı şəkərin, keratinin, ALP (alkalen fosfataz), ALT (alanin amino transferaz) ve AST (aspartat amino Trasferaz ) miqdarına göstərdiyi təsir 100-ü kişi, 100-ü qadınlarda olmaqla yoxlanılmışdır. Bu miqdarda kiçik dəyişikliklərin olmasına baxmayaraq, nəticələr daim normal hüdudda qalmışdır( Siahkolah B Əzizi F: The effect of fasting on blood sugar, creatinine and hepatic enzymes during ramadan. Iranian J of Endocrinology and Metabolism (IJEM). Abstarct Book The Congress on Health and Ramadan, October, 2001, p.30.)…

 

(Davamı var)

 

Hazırladı:

 

Gülnar Ələsgərova
 

İslamevi.az

Mənbə

Share: