“Biz hər şeyi edəcəyik ki, rus sülhməramlıları Qarabağda on illərlə qalsınlar və güclənsinlər…” 

“Vaxtında Ruben Vardanyanın Qarabağdan çıxarılması üçün qəti tədbir görmədiyimizdən dolayısıyla onun Moskva üçün “Artsax uğrunda əsil mübariz” kimi yetişməsinə şərait yaratdıq. Bu gün isə onun “iflasa uğraması”ndan, ona qarşı “uğurla mübarizə”dən dəm  vururuq…”

 

“Biz Rusiya sülhməramlısının burada özünü daha yaxşı hiss etməsi üçün hər şeyi edəcəyik. Rus sülhməramlısı burada böyük rol oynadığını hiss etməlidir, hiss etməlidir ki, biz ona qarşı deyilik, biz onun tərəfindəyik. Rusları hədəfə almağı dayandırın, burada rus sülhməramlısı olmasaydı, biz də burada olmazdıq”. 

 

Moderator.az  xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, bunu “Stepanakert-Yerevan: “Artsax 1 ay blokadada” adlanan telekörpüdə çıxışı zamanı Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Ruben Vardanyan  söyləyib.

 

“Rusiya sülhməramlılarının mandatı çox məhduddur, onlar burada az saydadırlar və biz hər şeyi etməliyik ki, həm rus sülhməramlılarının sayını, həm də sursatını artıraq və məsələni gələcək üçün həll edək… Nəyi tənqid etməyimizi istəyirsiniz? Mən bunu etməyəcəyəm. Ona görə də biz hər şeyi edəcəyik ki, onlar burada uzun müddət qalsınlar, güclənsinlər və biz onları dəstəkləyəcəyik…

 

Sülhməramlıların nəsə pis bir iş görməsinə dair tənqid və söhbətlər heç nəyə gətirib çıxarmayacaq. Çünki bununla biz yalnız Rusiya sülhməramlılarının çıxarılmasını arzulayan Azərbaycana kömək edəcəyik. Biz bu arzunun gerçəkləşməsinə imkan verə bilmərik. Sülhməramlılar burada qalmalı və onilliklərlə qalaraq regionda təhlükəsizliyi təmin etməlidirlər. Siyasi xadimin (Ermənistanın baş naziri Paşinyanın – red.) sözlərinə şərh vermək istəmirəm. Əgər belə bir fikir varsa (Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirmirlər – red.), mən təklif edirəm ki, gəlin, bizimlə birlikdə dayanaq və görün ki, Rusiya sülhməramlılarının burada nə böyük rolu var…

 

Rusiya sülhməramlıları həqiqətən çətin vəziyyətdədir. Biz istərdik və belə bir imkan da var ki, onların mandatı daha aydın olsun, daha uzunmüddətli olsun, sülhməramlıların sayı artsın. Onlar olmasaydı, vəziyyət daha da çətinləşərdi, ona görə də Dağlıq Qarabağdan kənarda yaşayıb tənqid etmək asandır. Burada onların çətin vəziyyətini görürük. Biz vəziyyətdən çıxış yolu tapmaq üçün sıx əməkdaşlıq edirik – yeganə yol budur”-deyə R.Vardanyan çərənləyib.

 

P.S. Vaxtında Ruben Vardanyanın Qarabağdan çıxarılması üçün qəti tədbir görmədiyimizdən dolayısıyla onun Moskva üçün “Artsax uğrunda əsil mübariz” kimi yetişməsinə şərait yaratdıq. Bu gün isə onun “iflasa uğraması”ndan, ona qarşı “uğurla mübarizə”dən dəm  vururuq…

 

Sultan Laçın

 

Mənbə

Share: