“Blokada” nağılı və Ermənistandan Qarabağa növbəti get-gəllər

Fevralın 6-da daha 18 nəfər Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə Ermənistandan Qarabağa qayıdıb.

Bu barədə nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni erməni mediasına bildirib. Əlavə olunub ki, eyni gündə 15 nəfər Qarabağdan Ermənistana aparılıb.

Qeyd edək ki, bu gün Rusiya hərbçiləri də yük maşınları ilə Xankəndiyə ərzaq və yanacaq məhsulları daşıyıb. Bütün bunlara baxmayaraq, ermənilər “blokada” nağılını davam etdirirlər.

Mənbə

Share: