
Fransa məhkəməsi Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsinin qanunsuz olması barədə qərar çıxarıb.
Bu barədə “Guardian” nəşri yazır.
BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn Tvitterdə bildirib ki, Korsikada yalnız fransız dilindən istifadə icazəsi ayrı-seçkilikdir və bu, beynəlxalq hüququn pozulmasıdır.
“Beləliklə, nə qədər ki, dövlət universitetlərində ingilis dili istifadə olunur, Korsika dili qadağandır”, – deyə BMT nümayəndəsi vurğulayıb.
Məhkəmə həmçinin bu qənaətə gəlib ki, “Korsika xalqı” ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir.(apa)