BMT məruzəçisi Korsika adasında korsikan dilinin istifadəsi qadağasına etiraz etdi

Fransa məhkəməsi Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsinin qanunsuz olması barədə qərar çıxarıb.

Bu barədə “Guardian” nəşri yazır.

BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn Tvitterdə bildirib ki, Korsikada yalnız fransız dilindən istifadə icazəsi ayrı-seçkilikdir və bu, beynəlxalq hüququn pozulmasıdır.

“Beləliklə, nə qədər ki, dövlət universitetlərində ingilis dili istifadə olunur, Korsika dili qadağandır”, – deyə BMT nümayəndəsi vurğulayıb.

Məhkəmə həmçinin bu qənaətə gəlib ki, “Korsika xalqı” ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir.(apa)

Mənbə

Share: