![](https://milletinsesi.az/wp-content/uploads/1679158830_1658495198_news_20220712044905.jpg)
BMT Ukraynadan taxılın daşınmasını əhatə edən sazişin müddətinin uzadılmasını təsdiq edib.
Modern.a xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.
O qeyd edib ki, saziş Ukrayna limanlarından taxılın, ərzaq və gübrələrin, o cümlədən ammiakın ixracı üçün təhlükəsiz naviqasiyaya imkan verir.
Sazişin hansı müddətə uzadıldığı barədə məlumat verilməyib. Ukrayna sazişin 120, Rusiya 60 gün uzadılmasını istəyib.