BMT taxıl sazişinin uzadılmasını təsdiqlədi

BMT Ukraynadan taxılın daşınmasını əhatə edən sazişin müddətinin uzadılmasını təsdiq edib.

 

Modern.a xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib.

 

O qeyd edib ki, saziş Ukrayna limanlarından taxılın, ərzaq və gübrələrin, o cümlədən ammiakın ixracı üçün təhlükəsiz naviqasiyaya imkan verir.

 

Sazişin hansı müddətə uzadıldığı barədə məlumat verilməyib. Ukrayna sazişin 120, Rusiya 60 gün uzadılmasını istəyib.

Mənbə

Share: