BNA-nın bu qurumu DİN-ə verildi

Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

  • Millətin Səsi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanda qeyd olunub.

Fərmanda bildirilib ki, Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsi bir ay müddətində təmin edilsin.

Share: