Bomba partladıldı, 4 hərbçi öldü

 

Burkina-Fasoda kustar üsulla hazırlanmış bombanın yolda partlaması nəticəsində azı 4 hərbçi həlak olub.

Milletinsesi.az xəbər verir ki, bu barədə Burkina-Fasonun Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hadisə zamanı daha bir əsgər yaralanıb, onun vəziyyəti ağır qiymətləndirilir.

Ordunun Baş Qərargahı hələlik baş vermiş bombalı hücumun hansı terror qruplaşması tərəfindən törədildiyini açıqlamayıb.

Mənbə

Share: