Böyrək xəstəliyinin əlamətləri

Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı ilbəil artır. Lakin bu xəstəlik adətən özünün son mərhələsində insanlarda aşkarlanır. Aparılan tədqiqatlara görə, xroniki böyrək çatışmazlığı olan xəstələrin ancaq 10%-i məsələdən xəbərdar olur. Xroniki böyrək çatışmazlığı həkimlərin diaqnozu əsasında aşkarlanan xəstəlik olsa da, onun bir sıra əlamətləri mövcuddur. Belə ki, həmin əlamətlər insanlara bu barədə kömək edə bilər.

Halsızlıq

Böyrəklərin funksiyalarının azalması nəticəsində qan təmizlənmir, qandakı zərərli maddələr artır və qan azlığı yaranır. Bu isə insanda halsızlığa səbəb olur.

Yuxusuzluq

Böyrəklər qanı kifayət qədər təmizləmədiyi üçün, zərərli maddələr qana keçməyə başlayır. Belə olan halda isə yuxusuzluq problemi meydana çıxır.

Dərinin quruması və qaşınma

Böyrəklər qandakı mineral və qida balansını təmin etmədiyindən dəridə quruluq və qaşınma yaranır.

Tez-tez sidiyə getmə

Sağlam böyrəklər orqanizmdə filtr funksiyasını həyata keçirir. Böyrək filtrlərinin zədələnməsi tez-tez sidiyə getməyə yol açır. Xüsusən, gecələr sidiyə getmə halı varsa, bu böyrək xəstəliyinin xəbərçisi sayıla bilər.

Sidikdə qanın olması

Böyrək filtrlərinin zədələnməsi ilə qan hüceyrələri sidik yollarına qarışmağa başlayır. Sidikdə qanın olması böyrəklərin qaydasında çalışmadığına işarə etməklə bərabər, müxtəlif infeksion xəstəliklərin varlığından da xəbər verir.

Gözlərin ətrafında şişlər (torbalanma)

Gözlərin ətrafında yaranan şişlər keçmirsə, demək ki, böyrəklərdə problem yaranıb.

Əllər və ayaqlarda şişlik

Böyrəklərin funksiyalarının azalması əllər və ayaqlarda şişlərin əmələ gəlməsinə təkan verir.

İştaha azlığı

Bu hal bir çox səbəblərlə bağlı olsa da, mütəxəssislər bunu böyrək xəstəliyinin əlaməti də hesab edirlər.

Əzələ spazması

Böyrək xəstələrinin tez-tez şikayət etdiyi problemlərdən biri də əzələ-oynaq ağrılardır.

e-tibb.az

Share: