“Qalatasaray”ın yeni transferi İstanbula gəldi

“Qalatasaray”a 3+1 illiyə transfer olunan və sabah müqavilə imzalamağa hazırlaşan peşəkar müdafiəçi Abdülkərim Bardakcı “Qalatasaray”la müqavilə imzalamaq üçün Konyadan İstanbula gəlib.

Millətin Səsi.az xəbər verir ki, futbolçu türk medisana öz təəssüratlarını bölüşüb:

“Allaha şükür ki, hədəflərimə çatdım. Burada pul qazandığım üçün xoşbəxtəm (Konyaspor). Çünki “Konyaspor” mənə futboldan pul qazanmağı təmin etdi. Mən çox böyük bir ailəyə gedirəm. Türkiyənin ən böyük futbol komandalarından birinə.Təbii ki, buradan acı-şirinli bir sevinclə ayrılıram”.

Share: