Türkiyədəki yanğın nəzarət altına alındı

Türkiyənin Marmaris bölgəsində  4 gündür davam edən meşə yanğını axşam saatlarında qismən nəzarətə götürülüb.

4 min hektar sahəni cənginə alan  meşə yanğınında bəzi ərazilərdə kiçik miqyaslı alovlar hava qüvvələrinin müdaxiləsi ilə söndürülür. Bölgədə yer qrupları tərəfindən sondürülmə işlərinin gecə boyu davam edəcəyi açıqlanıb.

Meşə, yanğınsöndürmə, polis və jandarma  qrupları yaşayış məntəqələrinə yaxın ərazilərə çıxarılaraq   yanğına qarşı tədbirləri gücləndiriblər. Bütün qruplar meteoroloji məlumatlar daxilində bölgədə saxlanılır.

Kənd Təsərrüfatı və Meşə Naziri Kirişçi, Marmarisdə meşə yanğını ilə bağlı narahat edəcək kritik vəziyyətin olmadığını , yanğında 4500 hektar ərazi zərər gördüyünü bildirib.

Share: