“Böyük yeddilik” ölkələri İrana xəbərdarlıq edib

“Ballistik raketlərin Rusiyaya tədarük edilməsi regional sabitliyi pozacaq, Ukraynada müharibədə eskalasiyanı artıracaq…”

 

“İran Air” aviasiya şirkətinin Avropaya uçuşları dayandırıla bilər

 

“Böyük yeddilik” (G7) ölkələri Rusiyaya ballistik raketlər tədarük edəcəyi halda İrana qarşı xeyli sanksiyalar tətbiq edəcəkləri barədə xəbərdarlıq edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.

 

ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiya İranın dinc ukraynalılara qarşı kamikadze-dronlar tədarük etdikdən sonra Rusiyaya ballistik raketlərin tədarükünün mümkünlüyünü nəzərdən keçirməsindən son dərəcə narahatdır.

 

“Əgər İran Rusiyaya ballistik raketlər və ya bununla bağlı texnologiyaların tədarükünə başlayarsa, bizim cavabımız tez bir zamanda və əlaqələndirici şəkildə, o cümlədən xeyli yeni sanksiyalardan ibarət olacaq”, – birgə bəyanatda deyilir.

 

“Biz İranı bundan imtina etməyə çağırırıq, çünki bu, regional sabitliyi pozacaq, Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verməklə eskalasiyanı əhəmiyyətli dərəcədə artıracaq”, – bəyanatda deyilir.

 

Vaşinqton Rusiyanın belə raketləri artıq əldə etdiyini təsdiq edə bilməz, lakin Ağ Ev əməkdaşı anonimlik şərtilə “bunun baş verməsinin gerçək riski” barədə xəbərdarlıq edib.

 

“Nəzərdən keçirdiyimiz variantlardan biri “İran Air” aviasiya şirkətinin Avropaya uçuşlarının dayandırılmasıdır”, – o, deyib.

 

Bundan öncə Ağ Evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bəyan edib ki, ABŞ administrasiyası Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar olaraq əlavə sanksiyaların tətbiqinin mümkünlüyünü istisna etmir.

 

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen həmçinin bəyan edib ki, Avropa İttifaqı ballistik raketlərin tədarükünə başlayacağı təqdirdə İrana qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

 

İranın ballistik raketlərinin Rusiyaya tədarükü-bəlli olanlar

 

Xatırladaq ki, Qərb KİV-ləri dəfələrlə İranın “Yer-yer” tipli raketlərinin Rusiyaya göndərilməsi ehtimalı barədə məlumat verib.

 

Fevralın sonunda “Reuters” agentliyi məlumat verib ki, Moskva artıq təxminən 400 ballistik raket əldə edib. 

 

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bu məlumatı təkzib edib.

Mənbə

Share: