Böyük Zəfərdən sonra keçirilən mitinqlər nəyə xidmət edir?- Millət vəkili AÇIQLADI  

Regionda və qlobal miqyasda gedən son dərəcə mürəkkəb hərbi-siyasi proseslər fonunda radikal müxalifətin həftənin sonuna mitinq təyin etməsi xəbəri yayılıb. Belə mitinqlərin isə xarici dairələrin çirkin sifarişləri olması isə uşaqdan böyüyə hər kəsə bəllidir.

 Bəs görəsən belə olduğu halda bu mitinqlərə gedən olacaqmı? Ümumiyyətlə mitinqin təyin edilməsi konkret olaraq nələrə hesablanıb?

 

 

Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev Moderator.az-a danışdı. 

 

“Verilən anonslardan belə məlum olur ki, yenə də həmin təkrarlanan şüarlar, eyni məsələlər, dəfələrlə səsləndirilmiş fikirlər guya ki, həmin o mitinqin əsas istiqaməti olacaqdı. Siyasi  məhbuslarla bağlı, sosial məsələlər… Yəni dəyişən heç nə yoxdur, əzbərlənmiş mövzular, bundan öncə deyilmiş, təkrarlanmış məsələləri yenidən gündəmə gətirmək istəyi ola bilər. Məlum məsələdir ki, mitinq təşkil edənlərin tam dəstəkləri olmadıqlarına görə  mitinqin keçirilməsində məqsəd siyasi xarakter daşıya bilər.  Bu gün regionda nələrin baş verməsi məlum məsələdir. Ermənilərlə sülh müqaviləsi tam şəkildə imzalanmayıb, sərhədlərimizə çox yaxın ərazilədə müharibələr gedir.

 Hesab edirəm ki, həssas təbəqəyə qarşı Azərbaycan hakimiyyətinin apardığı siyasət göz qabağındadır- suverenlik, təhlükəsizlik,  Azərbaycan xalqının rifahı əsas istiqamətdir. Məhz bunlara kölgə salmaq bəzi xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirmək mahiyyəti daşıyırlar. Eyni zamanda  bu proseslərin hamısının məram- məqsədi bir daha özlərini siyaətdə olmasını göstərməkdən başa bir şey deyil. Əgər doğurdan da  bunlar siyasi addımlar atmaq istəyirlərsə  konkret olaraq təkliflərlər çıxış etməlidirlər. Bu barədə təklif verməli  fikirləini bildirməlidirlər. Birmənalı şəkildə belə bir vəziyyətdə, çətin anlarda əksinə birgə olmaq vəhdətli şəkildə siyasət yürütmək ən mühüm addım olardı. Düşünürəm ki, siyasi  proseslərin  sonunda mitinqlərin keçirilməsi heç bir  siyasi məqsədə xidmət etməz. Azərbaycan vətəndaşı da bunu birmənalı şkildə dəstəkləməyəcəkdir”.

 

Mənbə

Share: