“BQXK kamuflyaj olunmuş qüvvə kimi gizli missiya daşıyıcısına çevrilib”

“Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əksər müharibə və yaxud bənzər böhran şəraitində fəaliyyət göstərən humanitar təşkilatlardan biridir. Dövlətlər bu təşkilata üzvlük haqqı ödəyirlər. Digər tərəfdən, onların missiyası siyasi tərəf tutmaq, dövlətlərin suverenliyini, müstəqilliyini təhlükə qarşısında qoymaq olmamalıdır. Təşkilat bəzi məsələlərdə açıq fəaliyyət göstərsə də, bəzi məqamlarda qapalı, hətta bəzən mərkəzi kəşfiyyat idarəsinin üslubunda çalışır”.

 

Bunu Musavat.com-a BQXK-nın Xankəndidəki nümayəndəliyinin Bakıya tabe etdirilməsi barədə səslənən fikirləri şərh edərkən millət vəkili Zahid Oruc bildirib.

 

Z.Oruc hesab edir ki, BQXK kamuflyaj olunmuş qüvvə kimi gizli missiya daşıyıcısına çevrilib:

 

“Azərbaycan məsələni sərt şəkildə tənzimləməyə çalışır. Laçın yolunda nəzarət-buraxılış məntəqəsində atılan addımlar fonunda qurumun missiyasına daxil olmayan fəaliyyətlə məşğul olduğu üzə çıxdı. Qurum daxilində casus şəbəkələrinin olduğunu, humanitar libas altında bölgənin relyefinin, əsas hərbi, iqtisadi, sosial imkanlarının təhlilini apardığını, qurum daxilində bəlli missiya daşıyıcılarının hətta Ermənistann özünün məlumatı olmadığı şəraitdə iki tərəfi savaşa təhrik etdiyini, məlum yükləri göndərənlərin ermənilər olmadığını, qəsdən şübhə mühiti, düşmənçilik atmosferi yaratdığını sübut etmək üçün əlimizdə real faktlar olmalıdır. Bütün bunları deməyə əlbəttə ki, əsasımız var. Son günlər Azərbaycan həmin qüvvələrin məlumat mənbələrini, fəaliyyət arealını hüquq müstəvisinə yaxınlaşdırdıqca Azərbaycana beynəlxalq təzyiqlər artır. Xatırladım ki, UNESCO nizamnamə prinsiplərinə göz yumaraq aşkar şəkildə Azərbaycan üzərində “jandarma qurumu”na çevrilib. Odri Azulay böyük heyətlə qurumun rəhbəri olub. Bu, sistemli, korrupsiyalaşmış şəbəkədir. Bu, dövlət içində dövlətdir. Göründüyü kimi, Xankəndidən Laçına qədər bütün ərazilərdə yalnız erməni izlərinin dağıdılması haqqında ultimativ bəyanatlar səslənir. Görünən odur ki, bu humanitar qurumların siyasi fəaliyyəti genişlənməkdədir”.

 

Mənbə

Share: